Nazarbaev xalqa müraciət edəcək

Bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbaev parlamentin iclasında xalqa müraciət edəcək. O qarşıdakı 5 ildə Qazaxıstanın inkişafı ilə bağlı proqramını açıqlayacaq.

Qazaxıstan prezidenti hər il xalqa müraciət edir. Müraciətinin əsası ölkənin daxili və xarici siyasəti ilə bağlı olur.