Bu gün Holokost qurbanlarının xatirə günüdür

Bu gün bütün dünyada Holokost qurbanlarının beynəlxalq xatirə günü qeyd olunur.

İkinci Dünya Müharibəsi dövründə yəhudilərin kütləvi qırğını nəticəsində 6 milyondan artıq adam faşizmin qurbanı olub. Onlardan yarım milyonu uşaqlar olub.

Holokost qurbanlarını anım günü BMT Baş Assambleyası tərəfindən təyin edilib.