Yol Polisi gücləndirilmiş rejimdə işləyir

«Yanvarın 27-dən 28-nə keçən gecə respublika ərazisində 6 yol nəqliyyat hadisəsi qeydə alınıb. 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb».

Bu haqda Respublika Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. O, enişli-yoxuşlu yollara qum səpildiyini, Yol Polisinin gücləndirilmiş rejimdə işlədiyini deyib.

Ölkə ərazisində bütün yollar buz bağlayıb. Yol Polisi sürücülərdən xahiş edir ki, şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər.