BVF kəskin ixtisarlardan çəkinməyə çağırıb

Beynəlxaıq Valyuta Fondunun direktoru Kristin Lagard (Christine Lagarde) Davosda keçirilən beynəlxalq iqtisadi formda avrozona ölkələrini borc böhranının yayılmasının qarşısını almaq üçün sadə və aydın tədbirlər görməyə çağırıb.

O qeyd edib ki, bir sıra avrozona ölkələrini iflic edən bu böhran, dünya iqtisadiyyatına mənfi təsir göstərə bilər.

O həmçinin Avropa Birliyi ölkələrinin liderlərini büdcə xərclərinin həddən artıq ixtisarından çəkinməyə çağırıb.

Lagarde hesab edir ki, bu təlabatçılara zərbə ola bilər.