Əsgər ölüb

Hadisə Müdafiə Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən «N» saylı hərbi hissəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Rufin Rəhimov əlindəki avtomat silahdan açılan atəş nəticəsində ölüb. Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir.

Araşdırma aparılır. /apa/