Suriyada qanlı toqquşmalar davam edir

Bu gün Dəməşq ətrafında hökumət qoşunları ilə müxalifətçilər arasında baş verən qarşıdurmada azı 9 adam ölüb. 45 adam həbs olunub. Bu haqda suriyalı hüquq müdafiəçiləri məlumat verib.

Rəsmi SANA agentliyi isə bildirib ki, bu gün Homs əyalətində terrorçular qazötürücünü partladıblar.

Son iki gündə Guta rayonunda hökumət qoşunları ilə Suriya Azadlıq Ordusu arasında qanlı döyüşlər olub. 60-a yaxın adam öldürülüb.

Ötən ilin dekabrından Suriyada olan Ərəb Dövlətləri Liqası müşahidəçiləri ölkədəki zorakılıqların artmasına etiraz olaraq yanvarın 28-dən fəaliyyətlərini dayandırıblar.