Bu gün BMT-nin Təhlükəsizlik Şurasında Suriya ilə bağlı müzakirələr başlayır

Ərəb Liqasının baş katibi Nabil Elaraby və Qətərin baş naziri Sheikh Hamad bin Jassim al-Thani Şura üzvlərinə Suriya böhranını həll etmək üçün hazırladıqları planı təqdim edəcəklər.

Planda nəzərdə tutulur ki Bashar Assad hakimiyyəti vitce-prezidentə ötürsün və müzalifətin iştirakı ilə milli hökumət qurulsun.

Liqanın planını ABŞ və Avropa ölkələri dəstəkləyir. Rusiya və Çindən etirazlar var, amma onlar da danışıqlara hazır olduqlarını bəyan ediblər.

BMT-nin qiymətləndirməsinə görə, demokratiya islahatları və Bashar Assadin istefası tələbi ilə başlayan aksiyalardan sonra 5 mindən çox adam öldürülüb. Hüquq müdafiəçiləri deyirlər ki, həftənin birinci günü 30-a yaxın adam öldürülüb.