NATO Əfqanıstanı 2014-cü ilin sonunda tərk edəcək

NATO baş katibi Anders Fogh Rasmussen deyir ki, hərbi alyans təhlükəsizlik məsələlərini 2014-cü ilin sonunadək Əfqanıstanın yerli qüvvələrinə tapşırmaq planını dəstəkləyir. Buna baxmayaraq, o deyib ki, əyalətlərdə bu prosesə 2013-cü ilin ortalarında başlanacaq.

Onun bu şərhindən əvvəl Fransa prezidenti Nicolas Sarkozy ötən həftə bildirib ki, onlar
NATO-dan Fransanın missiyasının 2013-cü ildə sona çatmasını xahiş ediblər.

Artıq bir neçə ərazi və şəhərin təhlükəsizliyinin idarə olunması Əfqanıstan hərbi və polis qüvvələrinə tapşırılıb.