İraqda sünni deputatlar parlamentin baykotunu dayandırıb

İraqda sünnilərin birləşdiyi Əl İraqiyə partiyası parlament iclaslarının baykotunu dayandırıb.

Amma şiə baş nazir Nuri al Malikinin rəhbərlik etdiyi hökumətə daxil olan 9 sünni nazir hökumət iclaslarında iştirak etməyəcəklər.

Bu barədə çərşənbə axşamı partiyayın yaydığı bəyanatda bildirilir.

Baş nazir Nuri al Malikinin sünni vitse-prezident Tarik Hashemini bir sıra qətillərdə ittiham etməsindən sonra əl İraqiyə partiyası parlamentin iclaslarını baykot edirdi.

Tarek Hashemi ölknin şimalındakı kürd muxtariyyətinə qaçıb.

Müxtariyət rəhbərliyi hələlik onu verməkdən imtina edir.