Moskvada büdcədən maaş alanlar mitinqə çıxmağa məcbur edilir

Moskvada büdcə sahəsində çalışanlar deyirlər ki, şəhər rəhbərliyi onları Vladimir Putinin namizədliyini dəstəkləmək üçün mitinqə çıxmağa məcbur edir.

Moskva məktəblərinə belə bir göstəriş verildiyi və tabe olmayanları sanksiyalar gözlədiyi bildirilir.

“Qormost” dövlət müəssisəsinin əməkdaşı “Dojd” televiziya kanalına müsahibəsində bildirib ki, rəhbərlik yalnız mitinqə gələnlərə avans veriləcəyini deyir.

Moskva rəhbərliyi məlumatı təkzib edir.