Çinli girovlar azad ediliblər

Çinin Xinhua xəbər agentliyi deyib ki, Bediun tayfasının oğurladığı 25 çinli azadlığa buraxılıb.

Çinin Misirdəki səfirliyi bildirib ki, azad edilənlərin səhhəti normaldır.

25 çinli texniki işçi və mühəndis Sinayda sement fabrikində çalışırmışlar.

Onlar yanvarın 31-də Bediun tayfası tərəfindən girov götürülmüşdülər.