Rusiya Suriya ilə bağlı qərar layihəsinə veto qoydu

Rusiya BMT Təhlükəsizlik Şurasının Suriyada zorakılığı dayandırmağa ünvanlanmış qərar layihəsinə veto qoyub. Belə əsas gətirilib ki, qərar layihəsi xarici hərbi müdaxiləni açıq-aşkar istisna etmir.

Qərb və Ərəb Dövlətləri Liqası prezident Bashar al-Assadin istefasını və milli hökumət qurulmasını əhatə edən planı dəstəkləyirlər.

ABŞ dövlət katibi Hillary Clinton isə deyib ki, qərar layihəsi Suriyaya hərbi müdaxiləni nəzərdə tutmur.