Merkel Çini İrana təzyiq göstərməyə çağırıb

Almaniyanın kansleri Angela Merkel Çini İrana təzyiq göstərməyə çağırıb. Merkel çağırışını Pekindəki Elmlər Akademiyasındakı çıxışında edib.

Almaniya kansleri Çinin baş naziri və başqa rəsmilərlə görüşəcək. Görüşlərdə Merkelin Çindəki insan haqları məsələsini də qaldıracağı gözlənilir.