İranda daha 10 azərbaycanlı fəal həbsə atılıb

Foto arxiv

İranda 10 azərbaycanlı fəal həbs cəzasına məhum edilib.

APA-nın məlumatına görə, Əkbər Mühacəri, Məhəmmədrza Bəxşi Xacə, Rəhim Əli Rzayi,
Şərham Dadaşi, Məsud Bayrami, Əmir Babayi, Vəli Bayraqdar, Əsgər Ağayi və daha 2 fəal Təbriz İnqilab Məhkəməsinin qərarıyla 1 il azadlıqdan məhrum ediliblər.

Onlar asayişi pozmaqda, dövlət əleyhinə təbliğat aparmaqda və hakimiyyətə qarşı çıxmaqda təqsirli biliniblər.

Gənc fəallar siyasi məhbuslara dəstək məqsədilə Təbrizin Qumtəpə məhəlləsində bəyanat yaydıqlarına görə saxlanmışdılar.