48-ci Münxen konfransı enerji, təhlükəsizlik və "ərəb baharı"nı müzakirə edəcək

Almaniyanın Münxen şəhərində 48-ci təhlükəsizik konfransı başlanır.

3 günlük konfrans qlobal enerji təchizatını, Avropanın təhlükəsizlikdə rolunu, Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.

Qonaqlar arasında ABŞ dövlət katibi Hillary Clinton, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Dünya Bankının prezidenti Robert Zoellick və başqaları var.

Cümə günü konfransda enerji məsələsi, şənbə günü ABŞ-Avropa müdafiə alyansı, bazar günü ərəb baharı və kibertəhlükəsizlik müzakirə olunacaq.