Ərdoğan Azərbaycana gəlir

Rəcəb Tayyip Ərdoğan

Bu ilin yayında Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edəcək.

Bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.

Baş nazir Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısında iştirak edəcək. Hazırda Şuranın iclasına hazırlıq üçün müvafiq sənədlər hazırlanır.

Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə 2010-cu il avqustun 16-da İstanbulda imzalanıb. /apa/