Chevrolet-də gəzməyin, üstündə xaç var

Misir dini liderinin fətvası təəccüblə qarşılanıb
Misirin dini liderlərindən biri yeni fətva verib. Bu dəfə avtomobillərlə əlaqəli. Dini fərmana əsasən, Misir dindarlarına Chevrolet markalı avtomobildə gəzmək qadağan edilir.

“Chevrolet”in qadağan olunmasının əsas səbəbi onun loqotipi ilə bağlıdır. Fətvada iddia olunur ki, bu şirkətin loqosu xristian xaçı şəklində olduğundan, müsəlmanlar onda gəzməməlidirlər.

CHEVOLET-də XAÇI 100 İLDƏN SONRA GÖRMÜSÜZ?

Lakin bu tələb yerli ictimaiyyət tərəfindən təəccüblə qarşılanıb. Tanınmış teleaparıcı Amr Adeeb öz proqramında bu fətvanı tənqid edib, onu imzalayan ruhaniyə istehza ilə xitam edib:

“Chevrolet markası 100 ildir ki, mövcuddur. Siz ordakı xaçı indi görmüsüz?”

Aparıcı onu da deyib ki, indi Misirdə hansı avtomobili seçib-seçməməkdən də vacib, həll olunması lazım olan problemlər var.

Chevrolet markalı avtomobilin loqosundakı xaçın mənşəyi haqqında bir neçə versiya var. Onlardan birinə görə, loqotipin müəllifi amerikan kömür şirkətinin loqosundan yararlanıb. Bəziləri iddia edir ki, təsvirin müəllifi qalstuk bantına bənzər bir şey çəkmək istəyib.