Sergey Lavrov Bashar Assadla görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dəməşqdə prezident Bashar al-Assadla görüşüb.

Bashar Assad ölkədə vəziyyətin normallaşması və sülh şəraitində yaşamaqda maraqlı olduğunu bildirib.

Lavrovsa qeyd edib ki, hər bir lider məsuliyyətin bölüşdürülməsilə razılaşmalıdır.

Suriyanın daxili işlər nazirliyi bundan əvvəl bəyan edib ki, Homs şəhərində qayda-qanun bərpa edilməyincə təhlükəsizlik qüvvələri şəhər və onun ətraflarında hərbi əməliyyatları davam etdirəcək.

Yerli fəalların məlumatına görə, hökumət qoşunları şəhəri bombalamaqda davam edir.

Müxalifət bazar ertəsi şəhərdə 100-ə yaxın dinc sakinin öldürüldüyünü deyirlər.

Daxili İşlər Nazirliyi isə ölənlərin cəmi 6 nəfər olduğunu deyir.

Birləşmiş Ştatlar bazar ertəsi Dəməşqdəki səfirliyini müvəqqəti bağlayıb.