Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü olub

Əzərbaycanın müdafiə naziri Səfər Əbiyev

Bu gün Bakıda Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə Türkiyə Silahlı Qüvvələrinin Baş
Qərargah rəisi Nejdət Özəl arasında görüş olub.

Bu barədə APA agentliyi xəbər verir.

Geniş tərkibli görüşdə iki ölkə arasındakı hərbi əməkdaşlıq, bölgədəki hərbi-siyasi vəziyyət
və Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Səfər Əbiyev qeyd edib ki, Minsk Qrupunun münaqişənin həlli istiqamətində göstərdiyi səylər konkret nəticə vermədiyindən Azərbaycan işğal altına olan ərazilərini başqa vasitələrlə azad etmək məcburiyyətində qalır.