İraqda 14 nəfər edam olunub

Bu gün İraqda 14 nəfər edam olunub. Onlar İraq vətəndaşlarıdır.

Ədliyyə Nazirliyinin məlumatına görə, onların hamısı “Əl-Qaidə” ilə əlaqəli olublar. Onlar 2009-cu ilin oktyabrında Bağdadda baş vermiş terror aktlarında ittiham olunublar. Həmin terror aktlarında 500 adam həlak olmuşdu.

Bununla da il başlayandan İraqda 65 nəfər edam olunub.