Keçmiş senator Santorum 3 ştatda qələbə qazandı

Keçmiş senator Rick Santorum Kolorado, Minnesota və Missuri ştatlarında seçkiləri udub.

Mühafizəkar Santorumun bu qələbələri Respublikaçılar partiyasında nominasiya yarışında birinci yerdə gedən Mitt Romneyin mövqeyini zəiflədir.

Nevada , Florida və Nyu Hempşirdə qələbə qazanan Romney demokratların namizədi olmalı indiki prezident Barak Obamanın əsas rəqibi hesab olunur.

Respublikaçılar partiyasının rəhbərliyinin əksəriyyəti Romneyi dəstəkləyir.