Çexiyada prezidenti parlament yox, xalq seçəcək

Çexiya parlamenti Konstitusiyaya düzəliş edib. Bundan sonra prezident parlament səsverməsi ilə yox, ümumxalq səsverməsi ilə seçiləcək.

Prezident 5 illiyinə seçiləcək. Əgər birinci turda namizədlərdən heç biri səslərin yarısını qazanmasa, ikinci tur olacaq.

Yeni prezident seçkisi sistemi 2013-cü ildə tətbiq olunacaq.