Suriyanın Homs şəhərində 40-a yaxın adam öldürülüb

Suriyalı hüquq müdafiəçiləri cümə axşamı Homs şəhərində 40-a yaxın adamın öldürüldüyünü deyirlər.

Onların məlumatına görə, həftənin əvvəllərindən bu yana şəhərdə 100-dən çox adam öldürülüb.

Cümə axşamı Dera şəhərində hərbi maşın karvanına edilmiş hücumda isə 7 hərbçi öldürülüb.

Almaniya bu gün 4 suriyalı diplomatın ölkədən çıxarıldığını bəyan edib.

ABŞ, bir sıra Avropa və Ərəb ölkələri isə bundan əvvəl Dəməşqdəki səfirlərini geri çağırıblar.