İsa Qəmbər ATƏT-in Bakı ofisinin rəhbərilə görüşüb

İsa Qəmbər

Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qərargahında ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşüb.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Qarabağ münaqişəsi, ölkədəki ictimai-siyasi vəziyyət, insan haqları və sərbəst toplaşma azadlığının pozulması,
Arif Hacılı və digər vicdan məhbuslarının həbsdə olması, ATƏT-in bu yöndə görə biləcəyi işlər, seçki məcəlləsinə dəyişiklik edilməsi və Azərbaycan-ATƏT münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər bu cür müzakirələrin səmərəli olduğunu və gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.