Qazaxıstanda Janaozen şəhərinin rəhbəri həbs edilib

Qazaxıstanda Janaozen şəhərinin keçmiş rəhbəri Orak Sarboleev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

İnterfaksın məlumatına görə o Aktau şəhərindəki istintaq təcridxanasına gətirilib.

O səlahiyyətlərini aşmaqda, iki ictimai fond vasitəsilə dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

Cümə axşamı verilən məlumata görə, Serikbay Trumov Janaozenə yeni rəhbər təyin olunub.

Ötən il dekabrın ortalarında Janaozendə baş vermiş hərc-mərclik zamanı 16 nəfər öldürülüb, 100-dən çox adam isə yaralanıb.