NATO-nun nümayəndəsi James Appathurai Azərbaycana gəlib

James Appathurai

NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi James Appathurai Azərbaycana gəlib.

APA-nın məlumatına görə, o fevralın 10-da Azərbaycan rəsmilərilə əməkdaşlıq məsələsini müzakirə edəcək.

Səfər çərçivəsində bu ilin mayında NATO-nun Çikaqoda keçiriləcək sammitinə hazırlıq məsələsi də müzakirə olunacaq.

James Appathurai fevralın 13-də Ermənistana gedəcək.