NATO hava zərbələri endirdiyini təsdiqləyib

Əfqanıstandakı NATO komandanlığı dünən Kapis əyalətinə hava zərbələri endirdiyini təsdiq edib. Əfqanıstanın hakimiyyət orqanlarının verdiyi məlumata görə, hava zərbələri nəticəsində 8 uşaq ölüb.

Əfqanıstan prezidenti Hamid Karzai hadisəni kəskin pisləyib.

Əfqanıstanda aparılan hərbi əməliyyatlar zamanı bundan əvvəl də mülki adamların öldürülməsi NATO komandanlığı ilə Əfqanıstan hakimiyyəti arasında münasibətləri kəskinləşdirib.