Gilaninin məhkəməsi fevralın 13-də olacaq

Pakistanın Ali Məhkəməsi baş nazir Yusif Rza Gilaninin apellyasiyasını təxirə salıb. Məhkəmə fevralın 13-də keçiriləcək. Baş nazirə qarşı əqdliyyəyə hörmətsizliklə bağlı rəsmi ittiham irəli sürüləcək.

Yusif Rza Gilani Pakistan prezidenti Asif Ali Zardariyə qarşı korrupsiya üzrə köhnə cinayət işinin bərpasından imtina etməkdə ittiham olunur. Baş nazir günahkar hesab edilsə, onu həbs cəzası və dövlət postlarını tutma hüququndan məhrum olma gözləyir.