Həmas lideri İrana gedib

Qəzza zolağına nəzarət edən Həmas təşkilatının qurduğu hökumətin rəhbəri Ismail Haniya İrana 3 günlük səfərə gedib.

O, İranın ali dini lideri Xamneyi, prezident Əhmədinejad ilə görüşməklə yanaşı İran İslam İnqilabının 33-cü ildönümünə həsr edilən mitinqdə də çıxış edəcək.

İsrail Həması terrorçu təşkilat sayır və onun Tehrandan maliyyələşdirildiyini bildirir.

Bu həftə Həmas İordan çayının qərb sahilinə nəzarət edən digər Fələstin təşkilatı - Fəth qruplaşması ilə razılaşma əldə edib.

Razılaşma hər iki Fələstin ərazisinə nəzarət edəcək ortaq hökumətin yaradılmasını nəzərdə tutur.

İsrail Fəthə xəbərdarlıq edib ki, Həmasla birgə hökumət qurmasın. Əks halda İsrail-Fələstin danışıqları dayana bilər.

Yeni hökumətin fevralın 18-də Qahirədə elan ediləcəyi gözlənir.