İtirilmiş vaxtın Facebook nağılı (VİDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

AzadlıqFM İtirilmiş vaxtın Facebook nağılı

Biz «Facebook»a orta hesabla nə qədər vaxt sərf edirik? Kimsə gündə 1 saat, kimsə bütün gecəni «Facebook»da «oturur». FB-da baş verənlər isə bəzən bütün günü kimisə qayğılandıra bilər.

AzadlıqFM-in 10 yanvar verilişində canlı efirdə bu suallara cavab axtarıldı.

Jurnalist Seymur Kazımovu ona görə dəvət etmişdik ki, FB-un onun həddən artıq vaxtının aldığını görüb oranı tərk etmək qərarı vermişdi.Verilişin gedişində Seymur bu addımına aydınlıq gətirir:

- Müəyyən işlər vardı, onları yekunlaşdırmaq istəyirdim. Ona görə də hesabımı (FB)bağlamağa məcbur qaldım. Amma müvəqqəti bağlamışam. Yenə qayıdacam.


Sabiq təhsil naziri və millət vəkili Firudun Cəlilov isə əksinə onun FB-a sərf etdiyi vaxta qətiyyən heyfslənmir, deyir ki, Facebookdakı ünsiyyət digər ənənəvi münasibətlərdən daha səmərəli ola bilər. FB-dakı fəalliğı ilə bağlı deyir:


: - Rejimsiz adamam, daha çox gecələr işləyirəm. Mane olan yoxdur. 4 minə yaxın dostum var. Əvvəllər gündüzlər facebooka girəndə - 20-30 nəfər düşürdü üstümə, sual yağdırırdılar. Birinə cavabı verməmiş o biri sual gəlirdi. Ona görə də, gecələr daha rahatdı Facebok-da gecə olmağa.

Hər gün azı yarım saatım təbriklərə gedir. Bütün informasiyaları izləyə bilmirsən, amma dostlar o xəbərləri sənin divarına atır, sən də girib baxırsan, burda isə vaxt itirmirsən, əksinə, qazanırsan.

Proqramın video və audiosu bu yazıya əlavə olunur. Bax, dinlə.

Sən necə, FB-a sərf edilən vaxtı səmərəli, yoxsa itirilmiş hesab edirsən?