“FSB” mühəndisin amerikanlara hərbi sirr ötürdüyünü bildirir

Rusiyanın Federal Təhlükəsizlik Bürosu (FSB) Plesetsk şəhərində mühəndis kimi çalışan podpolkovnik Vladimir Nesteretsin Amerika kəşfiyyatına – Mərkəzi Kəşfiyyat İdarəsinə hərbi sirr ötürdüyünü bildirib.

Büro həmin sirrin Rusiyanın istehsal etdiyi son raket sistemlərinə aid olduğunu və podpolkovnikin öz günahını etiraf etdiyini deyir.

“FSB”in qısa açıqlamasında məsələ ilə bağlı detallı məlumat verilmir.