Azərbaycan əsgəri hospitalda vəfat edib

Azərbaycan ordusunun əsgəri hospitalda vəfat edib.

APA-nın məlumatına görə, 1993-cü il təvəllüdlü əsgər İsmayıl Novruzov fevralın 10-da
Müdafiə Nazirliyinin hərbi hospitalında xəstəlikdən dünyasını dəyişib.

İsmayıl Novruzov bu ilin yanvarında Abşeron Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Əsgərin hansı xəstəlikdən ölməsi barədə məlumat verilmir.