Polislə dalaşan 3 nəfər saxlanılıb

Fevralın 9-da metronun «İnşaatçılar» stansiyasının girişində polislə dalaşan gənclərdən 3-ü saxlanılıb.

Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov məlumat verib.

«Hadisəni törədənlərin 3-ü saxlanılıb, araşdırma aparılır».

Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə iş başlanılıb.