İran Azərbaycana nota verib

Foto: Arxiv

Fevralın 12-də Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə İranın etiraz notası təqdim olunub.

Notada «Azərbaycan ərazisindən İran İslam Respublikasına qarşı terror fəaliyyəti üçün istifadə olunması»na etiraz bildirilir.

«Times of London» qəzetinin fevralın 12-də yaydığı xəbərə görə, Azərbaycan İran barədə kəşfiyyat məlumatı toplayan «Mossad» agentləri ilə doludur. Məlumatda Azərbaycanda fəaliyyət göstərən anonim bir agentin ifadələrinə istinad olunub.