Qırğızıstanda kazino işçiləri nümayiş keçirir

Qırğızıstanda 200-ə yaxın keçmiş kazino işçisi parlamentin qarşısında etiraz aksiyası keçirib. ONlar parlamentin qumar əleyhinə qəbul elədiyi qanunla kazinoların qadağan olunmasına etiraz edirlər. Yanvarın 1-dən qüvvəyə minən qanun üzündən 15 minə yaxın adam işsiz qalıb.

Rəsmi statistikaya görə kazinolar dövlət büdcəsinə ildə 11 milyon dollar vergi ödəyirdilər.