Bəhreynin paytaxtına zirehli texnika yeridilib

Bəhreyn polisi keçən il hökumət əleyhinə keçirilmiş etiraz aksiyalarının bir illiyi ilə bağlı nümayiş keçirmək istəyənlərə imkan verməyib.

Paytaxt Manamada polis gözyaşardıcı qazdan istifadə edib. Buna görə də etirazçılar baş meydana yığışa bilməyiblər. Polislə qarşıdurma olub, yaralananlar var. Paytaxta zirehli texnika yeridilib.