Xodorkovski əfvlə bağlı müraciət etməyəcək

Mixail Xodorkovski vaxtındanəvvəl şərti azadlığa buraxılmasını xahiş etmək fikrində deyil.

Bunu həbsxanada onunla görüşmüş vəkili Vadim Klyuvqant deyir.

Vəkil bildirib ki, müdafiə tərəfi yaxın vaxtlarda Ali məhkəməyə Xadorkovskiyə qarşı qaldırılmış ikinci cinayət işiylə bağlı məhkəmənin qərarından şikayət verəcək.

Xadorkovski 2003-cü ildən həbsdədir.

İki cinayət işinə görə o ümumilikdə 13 il həbs cəzası alıb.

YUKOS-un rəhbər nümayəndələrindən biri Vladimir Pereverzin çərşənbə günü azadlığa çıxıb.

O 2007-ci ildə oğurluq ittihamıyla 7 ildən artıq iş almışdı.

Qanun dəyişdiyinə görə, məhkəmə bu ilin yanvarında onun həbs müddətini azaldıb.