Tehrandakı tədqiqat reaktoruna nüvə yanacağı vurulub

Tehrandakı tədqiqat reaktoruna nüvə yanacağı vurulmasına başlanıb.

Mərasimdə ölkə rezidenti Mahmud Ahmedinejad və digər ölkə rəsmiləri iştirak edib.

Rəsmi İRNA agentliyinin məlumatına görə, ilk dəfədir ki, ölkədə hazırlanmış yanacaq sterjenini reaktora şəxsən Əhmədinejadın özü qoyub.

Mərasim dövlət televiziyası ilə canlı yayımlanıb.

İran 6 Avropa Birliyi ölkəsinə neft ixracını dayandırıb.

Tehran bu addımı nüvə proqramına görə ona qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalara cavab olaraq atıb.