Dövlət Neft Fondu qızıla investisiya yatırmağa başlayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədi ilə qızıla investisiya yatırmağa başlayıb.

Neft Fondunun İnvestisiya Siyasətinə əsasən, 2012-ci il ərzində Fondun investisiya portfelinin məcmu dəyərinin 5 faizə qədəri qızıla investisiya edilə bilər.

Bu məqsədlə fevralın 1-dən qızıl külçələrin alışına başlanılıb.

Məlumatı Dövlət Neft Fondu yayıb.