Bakıda gəmi partlayıb, ölənlər var (VİDEO)

Bakı. Zığ qəsəbəsi

Fevralın 16-sı saat 13:30 radələrində Bakıda Zığ qəsəbəsindəki yanalma körpüsündə metal daşıyan kişik gəmi partlayıb. Partlayış nəticəsində 4 nəfər ölüb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı ilkin məlumatlara görə, partlayışa gəmidə aparılan qaynaq işləri səbəb olub. Yanğın saat 14:10-da söndürülüb. Hadisə yerinə baxış zamanı şəxsiyyəti məlum olmayan 4 nəfərin cəsədi aşkarlanıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

http://www.youtube.com/embed/xzPbsqOLtq4