Gənclər üçün evlər tikilir

Dövlət proqramı çərçivəsində Azərbaycanın 10 rayon və şəhərində gənclər üçün evlər tikiləcək.

Bunu jurnalistlərə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev deyib.

«Bu ildən başlayaraq gənclər evlərinin inşasına başlanılacaq və 2-3 il ərzində təhvil veriləcək. Burada gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir çox şərait yaradılacaq».

Ümumilikdə 15 evin inşası nəzərdə tutulub.