Pakistan Talibanla barışığı dəstəkləyir

Pakistan prezidenti Talibanla barışıq cəhdlərini açıq şəkildə dəstəkləyib.

Əfqanıstan prezidenti cümə axşamı İslamabadda Pakistan rəsmilərilə görüşüb.

Pakistan prezidenti Asif Ali Zardari bir daha ölkəsinin Əfqanıstan sülh prossesini dəstəklədiyini bildirib.

Məlumatı Pakistan prezidentinin mətbuat xidməti yayıb.

İslamabadda Əfqanıstan, Pakistan və İran liderlərinin sammiti başlanıb.

Sammitdə əsasən terrorçuluq, mütəşəkkil cinayətkarlıq, insan və narkotik qaçaqçılığına qarşı mübarizə məsələləri müzakirə olunur.