Əfqanıstan ildə narkotik ixracından 2,4 milyard gəlir götürür

Beynəlxalq aləm Əfqanıstanda narkotik alverinin qarşısını ala bilmir.

Belə bir bəyanatla BMT-nin baş katibi Ban Ki Moon narkotik problemiylə bağlı bu gün
Vyanada keçirilən beynəlxalq konfransda çıxış edib.

Ban Kİ Moon bildirib ki, təkcə ötən il bu ölkədə tiryək istehsalı 61 faizə qalxıb.

BMT-nin məlumatına görə, narkotik ixracı hər il Əfqanıstana 2,4 milyard dollar gətirir ki, bu daxili məhsulun 15 faizi deməkdir.