Cümə günü 3 rayonda qaz kəsiləcək

Foto arxiv

Sabah Qax, Zaqatala və Balakən rayonlarının qazla təchizatında məhdudiyyətlər olacaq.

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işlərinin aparılması ilə əlaqədar, fevralın 17-i saat 10:00-dan 18:00-dək “Yevlax-Balakən” makistral qaz kəmərində təhcizat dayandırılacaq.

Təmir işləri zamanı Qax, Zaqatala və Balakən rayonlarına qaz verilməsində fasilələr yaranacaq.