Nardaranda həbslər, «JEK»lərə 100 milyon manat...

Foto: Arxiv

«Azadlıq» qəzeti Nardaranda kütləvi həbslərin başladığını yazır:

«Kənd sakinləri deyirlər ki, qəsəbədə aləm qarışıb: Hamı qorxu içərisindədir. Vəziyyət gərginləşir, terrorçu axtarışındadırlar. Kimlərəsə xoş getmək üçün günahsız insanları tutmaq istəyirlər…».

«Yeni Azərbaycan» qəzeti yazır ki, «Müsavatda sədrlik uğrunda mübarizə İctimai Palatanı da silkələyir»:

«Beləliklə, görünən odur ki, «İsa Qəmbər İctimai Palatanın prezidentliyə vahid namizədi olsun» təklifinə AXCP Fuad Qəhrəmanlının timsalında konkret olaraq «yox» deyir…».

«Bizim yol» qəzeti 2013-cü ildə «JEK»lərə 100 milyon manat ayrılacağını yazır: «Hüquqşünaslar Konfederasiyasının rəhbəri, deputat Əli Hüseynov bildirib ki, hazırda ölkədə kommunal xidmətlərin səviyyəsi bir çox sakinləri qane etmir. Bu da islahatların aparılmasını zəruri edir…».

««Eurovision»a qatılan ölkələrdə vicdan məhbuslarının təbliğatı aparılacaq». Bunu «Yeni Müsavat» qəzeti yazır. Bu barədə qərar fevralın 17-də İctimai Palatanın toplantısında verilib.