Yük maşını körpüdən aşıb

Bakıda yük maşını körpüdən aşıb.

Bu barədə «APA»ya Nərimanov rayon Polis İdarəsindən bildirilib.

Hadisə fevralın 18-də Heydər Əliyev prospektində qeydə alınıb. Məişət tullantıları daşıyan yük maşını idarəetməni itirərək körpüdən aşıb. Nəticədə maşının sürücüsü ağır yaralanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.