Suriya polisi Dəməşqdə dəfnə yığışmış kütləyə atəş açıb

Suriyanın təhlükəsizlik qüvvələri şənbə günü paytaxt Dəməşqdə 3 müxalifətçinin dəfninə yığışmış kütləni atəşə tutublar.

Azı 1 nəfərin öldüyü, 4 adamın yaralandığı bildirilir.

Bu barədə yerli hüquq müdafiəçiləri xəbər verirlər.

Müxalifətçilər bundan bir gün əvvəl şəhərdə etiraz aksiyası dağıdılarkən öldürülüblər.