Avrozona liderləri Yunanıstana yardım paketini səsə qoyur

Avrozonanın maliyyə nazirləri bu gün Brüsseldə Yunanıstana ikinci - 130 milyard avroluq yardım paketini səsverməyə qoyacaqlar.

Bu yardım paketi olmasa və borcun 14.5 milyard avroluq hissəsi ödənməsə daxili borcları 100 milyard avroya çatan Yunanıstan martın 20-də müflisliyinə elan etmək məcburiyyətində qalacaq.

Yardım paketində Yunanıstanın Avropa banklarına olan 100 milyard avroluq borcunun silinməsi də nəzərdə tutulur.

Yunanıstan öhdəliklərin yerinə yetirə bilməsə bunun avro valyutası və dünya iqtisadiyyatına ciddi ziyan vuracağı gözlənilir.