Qadın deputat Əfqanıstan prezidenti olmaq istəyir

Əfqanıstan parlamentinin qadın üzvlərindən Fawzia Koofi 2 il sonra keçiriləcək prezident seçkilərində namizəd olmaq niyyətini açıqlayıb. AzadlıqRadiosuna verdiyi müsahibədə qadın siyasətçi deyib ki, mühafizəkar ölkədə qadının namizəd olmasının o vaxta mümkün olacağına ümid edir.

2004 və 2009-cu illərdə qadın namizədlərin prezident seçkisinə qatılmasının qarşısı alınmışdı.