Amnesty International Eurovision öncəsi siyasi məhbusları buraxmağa çağırır

Amnesty International Eurovision ilində Azərbaycandan “dadsız insan haqları” tarixçəsini dəyişməsini və 2011-ci ilin aprelində İctimai Palatanın etiraz aksiyasında tutulan 16 siyasi məhbusu azadlığa buraxmağa çağırıb.

Təşkilatın Avropa və Mərkəzi Asiya Proqramının Direktoru John Dalhuisen deyib ki, ölkədə Eurovision mahnı müsabiqəsi öncəsi korrupsiya və mülkiyyətin zorla alınması, işgəncə və pis rəftar halları geniş yayılıb.

Ötən həftə Human Rights Watch da Azərbaycandakı insan haqları pozuntularının Eurovisiona kölgə saldığını bildirmişdi.